AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat

 

Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat

1. Qeyri yaşayış obyektlərində qaz qurğularının qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün fiziki və hüquqi şəxslər (bundan sonra-sifarişçi adlanır) Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin  “Asan Xidmət” və "Asan Kommunal" mərkəzlərinə müvafiq mülkiyyət sənədləri təqdim etməklə müraciət etməlidir.

2.Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı gündən 20-ci (iyirminci) iş günündə Asan Xidmət və "Asan Kommunal" mərkəzləri tərəfindən sifarişçiyə təqdim edilir.

3.Texniki şərtlərin qüvvədə olma müddəti 2(iki) il qəbul edilir.

4. Verilmiş texniki şərtlər əsasında  xüsusi icazəsi (lisenziya) olan layihə təşkilatı tərəfindən sifarişçinin öz vəsaiti hesabına layihə-smeta sənədləri hazırlanır. Hazırlanmış layihə-smeta sənədləri sifarişçi tərəfindən “Azəriqaz” İB ilə razılaşdırılır və aidiyyətli dövlət qurumlarında qeydiyyatdan keçirilir.

5. Hazırlanmış və aidiyyətli dövlət qurumlarında qeydiyyatdan keçirilmiş layihə-smeta sənədləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üzrə tikinti-quraşdırma işləri sifarişçinin vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən həyata keçirilir.

6. Qeyri-yaşayış sahəsi qazlaşdırıldıqdan, qazlaşma işləri quvvədə olan qaydalara uyğun olaraq istismara qəbul edildikdən və dövlət yoxlamasından keçirilmiş qaz sayğacı quraşdırıldıqdan sonra istismara qəbul aktı, layihə-smeta və texniki-icra sənədləri təqdim edilməklə sifarişçi tərəfindən “Azəriqaz” İB-nin müvafiq struktur bölməsinə rəsmi müraciət olunur.

7. “Azəriqaz” İB-nin müvafiq struktur bölməsinin mütəxəssisləri tərəfindən qeyri-yaşayış sahələrinə baxış keçirildikdən sonra qazlaşma işləri layihə-smeta sənədlərinə və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun həyata keçirilmiş olduğu halda qeyri-yaşayış sahələrinə təbii qazın açılmasına icazə verilir.

8. Qeyri-yaşayış sahələrinə təbii qazın açılmasına verilmiş icazə əsasında “Azəriqaz” İB ilə sifarişçi  arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanılır.

  

 


2019      All rights reserved