AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“Azəriqaz” İB “ASAN” xidmət vasitəsi ilə 6549 istehlakçıya xidmət etmişdir.



SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sentyabr ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin etmişdir.

Sentyabr ayı ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 6549 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur.

 

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcəkdir. 










2019      All rights reserved