AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Saatlı rayonunun daha iki kəndinə ilk dəfə təbii qaz verilmişdir.

2016-12-22

Dekabrın 22-də  Saatlı rayonunun Əliabad və Şirinbəyli kəndlərinə təbii qazın verilişi münasibəti ilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 243 abonenti olan Əliabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 455 metr  müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

729 abonenti olan Şirinbəyli  kəndinin qazlaşdırılması üçün isə,birpilləli sistem əsasında ümumi uzunluğu 3 528 metr müxtəlif diametrli polietilen və  ümumi uzunluğu 54 494 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 729 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Saatlı rayonunun daha 4 kəndində (Sarıcalar,Qara Nuru,Qazanbatan və Məmmədabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 










2019      All rights reserved