AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Göyçay rayonunun Şəkər kəndinə təbii qaz verildi.

2016-12-23

Dekabrın 23-də Göyçay rayonunun Şəkər kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 307 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1026 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 786 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 307 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Göyçay rayonunun daha 3 kəndində (Çaxırlı, Ləkçılpak və Çərəkə kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 










2016      All rights reserved