AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Zərdab rayonunun daha iki kəndinə təbii qaz verildi.

2016-12-28

Dekabrın 28-də  Zərdab rayonunun Şahhüseynli və AşağıSeyidlər kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 350 abonenti olan Zərdab rayonunun Şahhüseynli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 319 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 32 647 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 350 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

133 abonenti olan Zərdab rayonunun Aşağı Seyidlər kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 406 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11 041 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 133 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 










2016      All rights reserved