AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Goranboy rayonunun daha iki kəndinə təbii qaz verildi.

2016-12-29

31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində, Goranboy rayonunun Qaraçinar və Qaramusalı kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.  Bildirilmişdir ki, 552 abonenti olan Qaraçinar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 376 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 1 446 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 552 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

224 abonenti olan Qaramusalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 389 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 13 912 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 224 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Goranboy rayonunun daha 5 kəndində (Sarov, Yəhərçi Qazaxlar, Yolpaq, Goranlı və Səmədabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

                                                                    

 

                                                                                  










2019      All rights reserved