AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Ötən il 397 çoxmərtəbəli binaya təbii qaz verilmişdir.

2017-01-05

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın açılması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, Birlik 2016-cı ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 39 çoxmərtəbəli binaya təbii qazın açılmasını təmin etmişdir. Qeyd edək ki, həmin binalarda ümumilikdə 3223 ailə yaşayır. Ümumiyyətlə, ötən il ərzində 397 hündürmərtəbəli binanın qazının açılması təmin olunmuşdur ki, bu isə ümumilikdə  15580 mənzili əhatə edib

“Azəriqaz” İstehsalat Birliyi qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.










2016      All rights reserved