AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Təmir-tikinti idarəsində “Obyekt” Mülki müdafiə məşqi keçirilib.

2019-04-26

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Mülki Müdafiə” üzrə tədbirlər planına uyğun olaraq, 26 aprel 2019-cu il tarixində Birliyin Təmir-Tikinti İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda “Obyekt” mülki müdafiə məşqi keçirilib.

Məşq, idarə işçilərinin inzibati binadan təxliyyə edilməsi ilə başlanılaraq, təxliyyə zamanı şərti zədə almış işçiyə ilk tibii yardım göstərilməsi ilə davam etdirilib. Məşqin gedişi zamanı konkret hallarda “Obyekt” mülki müdafiə məşqinə cəlb olunmuş şəxsi heyətin hər bir üzvünün düzgün qərarlar qəbul etmələri, lazimi tədbirlərin mülki müdafiə qüvvələri tərəfindən vaxtında yerinə yetirilməsi və mexanizminin məqsədəuyğunluğu yoxlanılmış həmçinin dəqiqləşdirilmələr aparılmışdır.

Məşq zamanı ərazidə və inzibati binada baş vermiş yanğının söndürülməsi və qaz xətlərində baş vermiş qəzaların aradan qaldırılması zamanı görülən əməli işlər nümayiş edilib.

Məşqin keçirilməsində “Azəriqaz” İstehsalat Birliyinin Mülki müdafiə qərargahının rəisi E.Qurbanov, Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin böyük mühəndisi N.Abışov, FHN-nın Qaradağ rayonu üzrə FH və MM şöbəsinin rəisi polkovnik-leytenant M. Məhərrəmov və yaxınlıqda yerləşən idarə və müəssisələrin aidiyyəti nümayəndələri iştirak ediblər.

Sonda məşqin nəticəsi ilə bağlı toplantı keçirilib, tövsiyyə eləcə də müvafiq tapşırıqlar verilib və ümilikdə məşqin nəticəsi “qənaətbəxş” hasab edilib.










2016      All rights reserved