AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Daha bir qəsəbə və yeni massivdə aparılan qazlaşdırma işləri uğurla icra olunur.

2019-05-23

Dövlət başçısının müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq son illər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində geniş miqyaslı işlər görülmüşdür. 

2019-cu ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. 

Ölkəmizin çətin reylefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdıılması istiqamətində aparılan tədbirlər surətlə davam etdirilir. Bu gün ölkəmizin ən ucqar ərazilərinə belə qaz xətti çəkilir, əhalinin mavi yanacaqdan istifadəsi üçün lazım olan bütün gərəkli addımlar atılır. Aparılan işlər çərçivəsində hazırda Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsinin qazlaşdırılmasına başlanılıb. Qəsəbə sıldırım qayalıqlarla əhatə olunub. Olduqca çətin çoğrafi relyefdə yerləşdiyindən bu qəsəbədə sovetlər dönəmində belə mavi yanacaq olmayıb. Əhali qaza olan təlabatını ancaq odunla ödəyib. Bu gün isə qəsəbənin ən ağrılı problemi aradan qaldırılmaqdadır.Tərtib edilmiş layihəyə uyğun olaraq, Aşağı Zurnabad qəsəbəsinin mavi yanacaqla təmin olunması məqsədi ilə ümumi uzunluğu 4 min 443 metr  müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və hər bir evdə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. İşlərə cari ilin may ayında başlanılmasına baxmayaraq tezliklə  qəsəbəsinin qazlaşdırılması tam yekunlaşacaq.

Son zamanlar Respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi Gəncə şəhəri də inkişaf etməkdədir. Burada yaradılan şərait nəticəsində mənzillərin sayı durmadan artmaqda davam edir. Bu məqsədlə 90 fərdi evdən ibarət olan Gəncə şəhəri Sevil Qazıyeva küçəsində yeni massivin təbii qazla təmin edilməsi üçün, “Azəriqaz” İB-yi tərəfəindən 5 min 15 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və hər bir evə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılması işləri aparılır. 

Qeyd olunan yaşayış məntəqələrinə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək. 

 










2016      All rights reserved