AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Dövlət Proqramının icrası uğurla davam etdirilir.

2019-07-03

 

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2019-cu ildə də  davam etdirilməkdədir. iyulun 03-ü, Ağsu rayonunun Zarqava, Qırlar, Quzay, Kövlüc və Sanqalan  yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 135 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 min 233 metr  müxtəlif diametrli metal və polietilen  borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili  qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Ağsu rayonunun Yenikənd və Kəndaxan  kəndlərinin qazlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin  yaşayış məntəqələri də  təbii qazla  təmin olunacaq.

Qeyd olunan kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşması ilə yanaşı,ekologiyanın qorunmasına xidmət edəcək

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən kənd sakinləri,yaşayış məntəqələrinə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

                                                                     

 










2019      All rights reserved